Qəşəm Nəcəfzadənin “Suyu seyr edən ağacın yuxusu” esselər kitabı çapdan çıxıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, şair Qəşəm Nəcəfzadənin “Suyu seyr edən ağacın yuxusu” esselər kitabı  çapdan çıxıb. 

Kitaba şairin son illərdə yazdığı esselər toplanıb.  Mətnin (esselərin) məqsədi insanlığı  xilas etməkdir. Amma necə? Xaotik həyat ritmlərinin  sərgisi imkan verir ki, əsas yolu insan (oxucu) özü seçsin. Müəlllif  heç nəyin və heç kəsin tərəfində deyil. Necə ki, film  göstərilir, mənfi və müsbət obrazlar, ölüm və həyat, işıq və qaranlıq bir anlıq göz önündən gəlib  keçir. Tamaşaçı (həm oxucu)  kitabın  bir  pərdəsini – vərəqini  qatlayır. Deyəsən o, nəyisə dərk eləmişdi. Esselərin  əsas vəzifəsi elə budur.