Londonda “Buker-2019”un finalistləri məlum oldu

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, dünən Böyük Britanıyanın paytaxtında məşhur ədəbiyyat mükafatının (“The Man Booker İnternational Prize”) qısa siyahısı bəlli olub.

 “İndependent”in verdiyi məlumata görə bu dəfə ümumxalq mükafatlandırmasının qısa siyahısına Almaniya, Polşa, Kolumbiya, Oman, Fransa, Çili düşüb.

Prestijli mükafatın  nominantları arasında ötən ilin polşalı qalibi yazıçı, şair Olqa Takarçuk da var. O, «Drive Your Plow Over The Bones Of The Dead» (“Kotanla ölülərin sümükləri üzərində get”) romanı ilə gündəmə gəlib. Roman 10 il bundan öncə çap edilib.

Siyahıda həmçinin almanəsilli yazıçı Marion Poşmann «The Pine Islands» (Şam adaları) romanı, kolumbiyalı Xuan Qabriel Vaskesin «The Shape Of The Ruins» (“Dağıntıların forması”), Omanlı pedaqoq Coxa Əl-Xartxi «Celestial Bodies» (“Peyklər”) kitabıyla, fransalı yazıçı Anni Erno «The Years» (“İllər”), Çili hüquqşünası Aliyə Trabukko Seran «The Remainder» (“Yaşanmamış”) romanı ilə siyahıya düşüb.

Qeyd edək ki, “The Man Booker İnternational Prize” 2005-ci ildən ingilisdilli əsərlərə görə verilir. Bu il üçün mükafatlandırmanın qalibi 21 May tarixində Londonun məşhur «Roundhouse» konsert salonunda düzənlənəcək tədbirdə məlum olacaq.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!