Beynəlxalq Türk Akademiyası Nəsiminin 650 illik yubileyi münasibətilə kitab çap edib

 

Beynəlxalq Türk Akademiyası (TWESCO) Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçirəcək.

Beynəlxalq Akademiya tərəfindən şairin şeirlərindən ibarət kitab çap edilib.

Nəsiminin şeirlərindən ibarət kitabın aprel ayında təqdimatının keçirilməsi planlaşdırılıb. Bundan başqa Azərbaycan ədəbiyyatı antologiyası da artıq çap olunub.

Qeyd edək ki, buna qədər TWESCO tərəfindən Azərbaycanla bağlı bir çox tədbirlər keçirilib. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!