Yunus Oğuzun “Ovçu” romanı Türkiyədə çap edilib

 

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz yaradıcılığında növbəti uğura imza atıb.

Əsərləri türk dünyasında böyük maraqla qarşılanan, həmçinin müxtəlif dillərə tərcümə olunan "Ovçu" romanı bu dəfə Türkiyədə türk dilində çapdan çıxıb. 

Kitab Cahan yayıcı Erol Cahangir nəşriyyatı tərəfindən çap edilib.

Qeyd edək ki, Yunus Oğuzun "Ovçu" romanı 2016-cı ilin aprel döyüşlərinə həsr olunub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!