Məmməd İsmayıl Beynəlxalq Mahmud Kaşqari mükafatı və “Mahmud Kaşqari” medalı ilə təltif edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Beynəlxalq Kaşqari Mükafat Komissiyasının qərarı ilə, Ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə tanınmış şair Məmməd İsmayıl Beynəlxalq Mahmud Kaşqari mükafatı və “Mahmud Kaşqari” medalı ilə təltif edilib.

Yaxın günlərdə mükafatın təltifetmə mərasimi düzənlənəcək.

Məlumat üçün qeyd edək ki, Mükafat Komissiyasının sədri Qazaxstanın xalq yazıçısı, akademik Sabit Dosanovdur. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!