“Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada nəşr olunub

 

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin həyata keçirdiyi növbəti beynəlxalq nəşr layihəsi – “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada işıq üzü görüb.

Tərcümə Mərkəzindən bildirilib ki, iyirmi səkkiz hekayədən ibarət kitaba klassik və çağdaş Azərbaycan ədəbiyyatının, İsmayıl bəy Qutqaşınlı, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Şahmar, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, İlqar Rəsul, Şərif Ağayev və digər yazıçıların əsərləri toplanıb.

Kitabın redaktoru Çhita Belgued, “Ön söz”ün müəllifi akademik Nizami Cəfərovdur. /Azərtac/