Yazıçı Kənan Hacının “Sonuncu dərviş” kitabının təqdimat mərasimi və imza günü keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Kitabevim.az-da yazıçı Kənan Hacının “Sonuncu dərviş” kitabının təqdimat mərasimi və imza günü keçirilib.  Təqdimata yazıçının qələm dostları, ədəbiyyatşünaslar, tanınmış ictimaiyyət nümayəndələri və oxucuları toplaşıb.

Tədbirin aparıcısı gənc yazar Nicat Həşimzadə Kənan Hacının yaradıcılığı barədə məlumat verərək onun öz bənzərsiz üslubu ilə oxucuların sevgisini qazandığını vurğulayaraq ədəbiyyatımızda öz çəkisi olan yazıçı kimi tanındığını qeyd edib. 

Əməkdar jurnalist Azər Həsrət, telejurnalist, yazıçı Azad Müzəffərli, Aztv-nin ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru, yazıçı Azər Qismət, şair Balayar Sadiq, şair Rəfail Tağızadə, yazıçı Aləm Kəngərli, yazıçı-ssenaristlərdən Əyyub Qiyas, Pərviz Seyidli,  gənc şairlərdən Şahanə Müşfiq, Ümid Nəccari, İntiqam Yaşar, yazar-araşdırmaçı Akəm Xaqan, Vaqif Osmanov, şair Süleyman Abdulla və digərləri yazıçının ədəbiyyatımızdakı yerindən və əsərlərinin özünəməxsusluğundan danışıblar. 
Sonda yazıçı kitabın nəşri üçün “Xan” nəşriyyatının rəhbərliyinə təşəkkürünü bildirib və kitabını qonaqlar üçün imzalayıb.
Qeyd edək ki, “Sonucu dərviş” romanı yazıçının sayca 5-ci romanıdır. Əsər “Xan” Nəşrlər Evində çap olunub. Naşiri Müşfiq Xan, redaktoru Səbuhi Şahmursoydur.