Bu il Ədəbiyyat üzrə iki Nobel mükafatı təqdim olunacaq

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, bu il Ədəbiyyat üzrə iki Nobel mükafatı təqdim olunacaq.

İsveç Akademiyası bundan öncəki mövsümdə buraxılmış boşluğu doldurmaq üçün 2018 və 2019-cu il ədəbiyyat üzrə Nobel mükafatlarının təqdimatını planlaşdırır. Bunu mükafat fondunun məsul şəxsi Anders Olsson mətbuata açıqlamasında qeyd edib. Ümumiyyətlə, Nobel mükafatı tarixində mərasim 7 dəfə  təxirə salınıb. Bunun 6-sı dünya müharibələrinə təsadüf edib.

Qeyd edək ki, ötən il İsveç Akademiyasında seksual zorakılıq (Akademiya üzvü, şair Katarina Frostensonun həyat yoldaşı, məşhur fransız fotoqraf Jan-Klod Arnaultla əlaqəli istismar qalmaqalı ilə bağlı yaranmış müzakirələr qurumda böyük fikir ayrılıqlarına səbəb olmuşdu) və maliyyə məsələləri ilə bağlı yaranan səs-küylü qalmaqal nəticəsində Akademiyanın katibi Anders Olsson 2018-ci il üçün Nobel Mükafatının təqdim olunmayacağını söyləmişdi. Bununla da Cəmiyyət tərəfindən mükafatın etibarını qaytarmaq məqsədilə yeni Alternativ Nobel Mükafatı təsis olunmuşdu. Elə bu səbəbdən də Nobel finalistlərinin açıq səsvermə nəticəsində seçilməsi qərara alınmışdı.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!