Şair Ümid Nəccarinin “Qaranlığın fotosu” adlı kitabı işıq üzü görüb

Edebiyyatqazeti.az xəbər verir ki, bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Yazarlar Birliyinin üzvü, gənc şair Ümid Nəccarinin “Qaranlığın fotosu” adlı, sayca üçüncü kitabı işıq üzü görüb. Kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələri toplanıb.

Sözügedən kitabın öz söz müəllifi “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turandır.

“Qaranlığın fotosu”nun məsləhətçisi Səlim Babullaoğlu, redaktoru Emil Rasimoğlu, korrektoru İlahə Eldarqızıdır.

Qeyd edək ki, kitabın təqdimat mərasimi Milli Elmlər Akademiyasının “Akademkitab” kitab evində 16 Mart 2018-cu il tarixində, saat 13-00-da keçiriləcək.

Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.

Ünvan: Bakı Dövlət Universitetinin və “Elmlər Akademiyası” metrosunun yeni çıxışının yanı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!