“İki”nin iki təqdimatı oldu

 

Edebiyyatqazeti.az xəbər verir ki, Gülnarə İsrafilin “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış  “İki” adlı yeni kitabının 24 fevral  Bakı şəhər “Milli hüquq evi”-də, 3 mart tarixində isə Gəncə şəhər “Uğur kitab evi”-də təqdimat və imza günü keçirilib. Tədbirdə qələm dostları, media nümayəndələri, oxucular iştirak ediblər.Şeirlərin axıcılığı və rəngarəngliyi, şairin özünəməxsus qələmi oxucularda xüsusi maraq yaradıb.

Qələm yoldaşlarının fikrinə görə Gülnarə İsrafilin şeirləri bütün mövzuları əhatə edir, məhz buna görə də o, digərlərindən seçilir və sondövr ədəbiyyata yeni nəfəs gətirib... Yeni üslub, yeni sözlük yarada bilib.

Onun ad seçmə üslubu da fərlidir. Kitabın adına uyğun olaraq tədbirlərin aparıcısı da iki olub. Demək olar ki, hər şey iki ilə başlayıb iki ilə də bitib.

Qeyd edək ki, müəllifin şeirləri 2002-ci ildən qəzetlərdə, jurnallarda, almanaxlarda çap olunmağa başlayıb. Hazırda “Ulduz”, “Azərbaycan” “Xəzan” jurnalı, “Ədəbiyyat” “Oxu məni” “Hürriyyət” və s. qəzetlərində- saytlarda...

Təbrizdə təsis olunan “Ədəbi-körpü”, “Sancaq” və Türkiyənin “Kumbet”, “Usari” dərgilərində, saytlarda, “Metropol” qəzetində dəfələrlə çap olunub. Onun ilk kitabı “Torpaq adamlar” vitual “Milli kitabxanada” və Təbrizin “Tiruz” saytında yayımlanıb. “İki” sayca müəllifin ikinci şeirlər kitabıdır. O, “Zərrələr”, “Düşünürəmsə varam” layihəsinin müəllifidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!