Ankarada “Nəsimi ili”nin açılışı olub

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mərkəzi qərargahında “Nəsimi ili”nin açılış mərasimi keçirilib.

Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, nazirlər, digər ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdiyi mərasim Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunub.

Əvvəlcə qonaqlar Nəsimiyə aid kitab sərgi ilə tanış olublar.

Mərasimin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Əbülfəs Qarayev, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun çıxış edib.

Ə.Qarayev Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Xalq artisti fəxri adı ilə təltif olunan TRT-nin xorunun dirijoru Elnarə Kərimovaya fəxri adın vəsiqəsini təqdim edib.

Sonra böyük şairin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Tədbirin panel hissəsi keçirilib.

Sonra bədii hissə olub.

Bu gün Ankarada Cümhurbaşkanlığı Simfonik Orkestrinin konsert salonunda mərasimin daha bir bədii hissəsi keçiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” müvafiq sərəncamlarına, eləcə də TÜRKSOY tərəfindən 2019-cu ilin türk dünyasında “Nəsimi ili” elan olunması münasibətilə təşkil olunan növbəti tədbir martın 7-də Türkiyənin İstanbul şəhərində, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda keçiriləcək.