Xalq yazıçısı Anarın kitabı özbək dilində çap olunub

Daşkənddəki “Zamin nashr” nəşriyyatı Azərbaycanın Xalq yazıçısı Anarın “Gözmuncuğu” kitabını özbək dilində çap edib.

Əsəri özbək dilinə ədəbiyyatımızın yaxın dostu Babaxan Məhəmməd Şərif çevirib.

Kitaba yazıçının eyniadlı povesti də daxil edilib.

Xatırladırıq ki, Anar müasir Azərbaycan yazıçıları arasında Özbəkistanda çox tanınır.

Son illərdə Daşkənddə Anarın “Mən, sən, o və telefon” və “Qırmızı limuzin” kitabları işıq üzü görüb. Hər iki kitab qısa müddətdə satılıb.

/Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!