“Unutmağa kimsə yox” festivalda göstəriləcək

 

Yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşa martın 4-də “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı çərçivəsində təqdim olunacaq.

Mədəniyyət və İncəsənət Universitetinin (MİU)“Teatr sənəti” fakültəsinin üçüncü kurs tələbələrinin hazırladıqları səhnə əsərində Tunar Əlizadə (Aspirant), Çimnaz Bağırova və Oksana İsgəndərova (Qadın, Ana), Əlirza Kənani (Arxadaş), Səbinə Məmmədova (Quzu (Qağayı), Elnur Tağıyev (Yekəpər (Yaddaş), Rəhimə Abdinova (Əntər (Əzab), Asim Mərdanov (Qoca), Fərid Baxşıyev (Feldşer) iştirak edirlər.

Kursun rəhbəri Əməkdar artist Yaqut Paşazadədir.

Tamaşada səhnə danışığı üzrə hazırlıq dosent Nadir Hüseynova, xoreoqrafiya işi isə Səbinə Məmmmədovaya məxsusdur. Tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində oynanılacaq.

“Unutmağa kimsə yox” qəmli və həzin, sentimental və kədərli, oyunabənzər bir həyat kimi təqdim olunur.

Qeyd edək ki, mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan festivalı Azərbaycan Teatr Xadimləri İttifaqı və Mədəniyyət Nazirliyi birlikdə təşkil edib.

Festivalda doqquz gün ərzində ölkəmizin yeddi müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin MİU-nun müəllim-tələbə heyəti və bir Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunacaq. Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da Milli Teatr Günü Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq /Azərtac/.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!