Elçin Hüseynbəylinin “Qarabağ hekayələri” silsiləsindən “Gözünə gün düşür” kitabının təqdimat mərasimi olacaq

 

Edebiyyatqazeti.az xəbər verir ki, fevralın 6-da, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxa) “Qarabağ hekayələri” silsiləsindən “Gözünə gün düşür” kitabının təqdimat mərasimi olacaq.

Kitaba müəllifin Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi (müharibəsi) ilə bağlı 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib.

333 səhifəlik, nəfis dizaynlı kitabı “Yeni poliqrafist” Nəşriyyatı çap edib. Kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.

Giriş sərbəstdir. Maraqlananlar dəvət olunur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!