Əkbər Qoşalının yeni şeirlər kitabı çap olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, şair-publisist Əkbər Qoşalının yeni şeirlər kitabı çap olunub.

 “Ürək daşı” adlanan kitabın redaktoru, filologiya elmləri doktoru Almaz Ülvi, “Ön söz”ün müəllifi, şair İbrahim İlyaslı, rəssamı isə Atabəy Tikantəpəlidir.

Şeirlər toplusu “Sərbəstin meydanı”, “Aldı, görək, nə dedi..?”, “Səsləşmələr”, “Əsgərə, Turala, Ayxana”, “Uzun sözün qısası”, “İlk qələm örnəkləri” adlı altı bölmədən ibarətdir.

Qeyd edək ki, kitabın fevralın 9-da Gəncliyə Yardım Fondunda “İmza günü” keçiriləcək. Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.