Məmməd İsmayılın şeirlər kitabı Macarıstanda çap olundu

 

Son üç ildə həmyerlimiz  şair Məmməd İsmayılın şeir  kitabları dünyanın bir çox ölkələrində (Yaponya, Fransa, Albanya, Moldova, Qazağıstan) çap edilib. Edebiyyatqazeti.az xəbər verir ki, bu günlərdə bu siyahıya daha yeni bir şeir kitabı əlavə olunub. Macarıstanın AB-ART Kiadó nəşriyyatı şair - Atilla F.Balajın tərcüməsində M.İsmayılın  Macar dilində yeni kitabını nəfis şəkildə çap etmişdir.Simvolik “Sürgün” adı ilk baxışdan kitabın məzmunundan  xəbər verir. Kitaba şairin daha çox qürbətdə yazdığı “Tanrı bilər”, “Unutduğun yerdəyəm”, “Dünyanın ən böyük məğlubiyyəti”, “Ata şəkli”, “Kölgən necəydi,ata”, “Uğur gözləyirsən”, “Ey  göyərçin”, “Qapını döyən qəm”, “Yelə bir söz söyləmişdim”, “Qan”, “Hələ bir kimsənin yoxdu xəbəri”, “Bütün qapılar qapalı”, “Gələcək”, “Ölüm yuxu görməkdi”, “Qəm döyən qapılar”, “Yaşa, yaşaya bilsən qışı yaz kənarında” və bir çox şeirləri yer almışdır.

Qeyd edək ki, mətn tərcüməsinin çətin olduğu dövrdə şairimizin bu Avropa uğurlarını kitaba ön sözdə də vurğulandığı kimi, hər şeydən öncə onun şeirlərində dünya oxucularının marağına səbəb olacaq  yeni fikirlər, fəlsəfi dərinliklərin var olmasında, birliyində aramaq lazımdır.