Milli Kitabxanada “Məhəmməd Əmin Rəsulzadə - 135” və “Əli Tudə-95” adlı kitab sərgiləri açılıb

 

Yanvarın 31-də Milli Kitabxanada ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və xarici dillərdə nəşr olunmuş müəllifi olduğu əsərləri, haqqında yazılmış kitablar, dövrü mətbuat materialları nümayiş olunub.

Eyni zamanda Əməkdar incəsənət xadimi, şair Əli Qulu oğlu Cavadzadənin ( Əli Tudə) anadan olmasının 95 illiyi münasibətilə “Əli Tudə-95” adlı kitab sərgisi açılıb.

Sərgidə şairin müəllifi olduğu Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları sərgilənib. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!