“Sözümüz sözdür” kitabı nəşr olunub

 

Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabı işıq üzü görüb.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilən kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Kitabda Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Rəşad Məcid, İbrahim İlyaslı, Zəlimxan Yaqub, Fikrət Qoca, Elçin İsgəndərzadə və.s. şair və yazıçıların, gənc qələm sahiblərinin kitablarına həsr edilmiş məqalələr yer alıb. Həmçinin H.Cavid, A. Əmrahoğlu, Ə. İslam, F. Mehdiyeva, V. Yusifli, V. Məmmədli və.s. kimi müəlliflərin həyat və yaradıcılıqlarına aid məqalələr də əks olunub.

Kitabın üz qabığının foto müəllifi Nofəl Ümiddir.