Səməd Mənsurun anadan olmasının 140 illiyinə həsr edilmiş ədəbi-bədii gecə təşkil ediləcək

 

Yanvarın 31-də Əmircan qəsəbəsindəki Səməd Mənsur adına Mədəniyyət evində şair, dramaturq, tərcüməçi Səməd Mənsurun anadan olmasının 140 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirəcək.

Tədbir Mədəniyyət Nazirliyi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Tədbirdə Nizami Cəfərovun “Samed Mansur`un şiiri” (türk dilində), Milli Kitabxana tərəfindən hazırlanmış “Səməd Mənsur. Biblioqrafiya” və Yadigar Əsgərovanın “Səməd Mənsur. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi də keçiriləcək. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!