Booker Prize - Buker mükafatı sponsorsuz qaldı

 

İngilisdilli ədəbiyyat üzrə baş mükafatlardan biri olan The Man Booker Prize (Buker mükafatı) sponsorsuz qalıb. 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, 2002-ci ildən mükafatın kommersiya dəstəkçisi olan Man Group bu il müqavilənin müddəti bitdikdən sonra onu davam etdirmək fikrində deyil. Şirkət bu müddət ərzində mükafatın və ədəbiyyatın inkişafı üçün 25 milyon funt sterlinq məbləğində maaliyyə xərcləyib.

Booker indi yeni sponsor axtarışındadır. 

Qeyd edək ki, 2018-ci il üzrə Booker Mükafatını "Südçü" kitabına görə yazıçı Anna Berns almışdır.

 

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!