Türkiyəli gənc yazar şəhərimizin qonağı olacaq

 

Edebiyyatqazeti.az xəbər verir ki, Türkiyədə gənc yazarlar arasında yetərincə populyar olan Arda Erel yeni "Sarsıntı" adlı kitabı ilə oxucuların görüşünə gələcək.
Məlumat üçün qeyd edək ki, məktəb vaxtlarından yazmağa başlayan Arda  geniş ictimaiyyətin diqqətini öz aforizmləri, deyimləri ilə çəkərək populyarlıq qazanıb.

İlk dəfə Bakıda qonaq olacaq yazar, bütün sevənləri ilə görüşünü səbirsizliklə gözləyir. Nizami Kino mərkəzində keçiriləcək tədbirdə Arda Erelin yeni kitabının təqdimatı və imzalanması baş tutacaq! 

Biletləri şəhərimizin bütün kassalarından, 28 Mall, Gənclik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və http://www.iticket.az saytından əldə etmək mümkündür.