“YARAT”da “Ədəbiyyat klubu” çərçivəsində növbəti kitab təqdimatı təşkil olunacaq

 

Fevralın 3-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Ədəbiyyat klubu” çərçivəsində yazıçı Reyhan Yusifqızı ilə görüş təşkil ediləcək.

Tədbirdə yazıçının "Dostum Mimi" adlı kitabının təqdimatı olacaq, həmçinin uşaqlar üçün müəllif tərəfindən hazırlanmış xüsusi interaktiv proqram keçiriləcək. Tədbirdə ən aktiv iştirakçılar tematik hədiyyə qazanacaq.

Qeyd edək ki, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, yazıçı Reyhan Yusifqızı uşaqlar üçün çoxsaylı fantastik povestlərin, elmi-kütləvi kitabların müəllifidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!