Məşhur ingilis yazıçısı Conatan Kounun "Yuxu evi" romanı ekranlaşdırılacaq

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki,  ingilis yazıçısı Conatan Kounun məşhur komediya-drammatik bestselleri - "Yuxu evi" romanı mini seriala çevriləcək.

Broadcast saytının məlumatına görə hal-hazırda romanın yazıçı, ssenarist Ceyn İden tərəfindən serial vəziyyətinə adaptasiya edilməsi prosesi gedir. 

Qeyd edək ki, roman 1997-ci ildə işıq üzü görüb. İngilis yazıçılarının məşhur Qildii mükafatına layiq görülüb.

Roman yuxusuzluq probleminə düçar olmuş insanların həyatından bəhs edir.

Qaranlıq Eşdaun iqamətgahında birgə yaşayan qəhrəmanlar zamanla yuxusuzluğa mübtəla olurlar. Rəngli yuxularını reallıqdan ayıra bilməyən Sara, anlaşılmamazlıq səbəbindən həyatını büsbütün dəyişən romantik Robert, yuxusuzluq nəticəsində kinomaniya hissinin qabarmasından daha da alovlanan Terri, həmçinin yuxunu xəstəlik adlandıran və yuxunun insan ömrünü azaltmasını elmi cəhətdən sübut etməyə çalışan həkim Qreqori Daden romanın əsas personajlarındandır. 

Mətni rus dilindən tərcümə etdi: Günel Eyvazlı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!