Elçin İsgəndərzadənin əsərləri beş cilddə nəşr edilib

 

“Vektor” Beynəlxalq Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə alim, şair-publisist Elçin İsgəndərzadənin əsərləri beş cilddə nəşr edilib.

Edebiyyatqazeti.az  Azərtac-a istinadən xəbər verir ki, beşcildliyə müəllifin müxtəlif illərdə yazdığı və sistemli şəkildə seçilmiş əsərləri toplanıb.

Beşcildliyin birinci cildinə şairin şeirləri, ikinci cildinə poemaları, üçüncü cildinə məqalələri, kitablara yazdığı “Ön söz” və rəylər, dördüncü cildə müsahibələr, esselər, tərcümələr, beşinci cildə isə müəllif haqqında ayrı-ayrı söz, sənət, ədəbiyyat xadimlərinin dedikləri, yazdıqları toplanıb.

Qeyd edək ki, cildlərin “Ön söz”ündə Xalq şairləri Məmməd Arazın, Zəlimxan Yaqubun, Nəriman Həsənzadənin vaxtilə müəllif haqqında dedikləri fikirləri yer alıb. Bu yazılarda şairin zəngin, çoxsahəli yaradıcılığından, doğulub boya-başa çatdığı doğma Şuşa həsrətindən, el-obasının nisgilindən, yurd yanğısından, əzəli-əbədi torpaqlarımıza qayıtmaq arzusundan, ədəbiyyatımıza və incəsənətimizə gətirdiyi zənginlikdən bəhs olunur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!