Hədiyyə Şəfaqətin “Qapı” şeirlər kitabı İranda çap olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Hədiyyə Şəfaqətin “Qapı” şeirlər kitabı İranda - YeniQapı nəşriyyatı tərəfindən çap olunub.

Kitabın Cənubi Azərbaycanın bir çox şəhərlərində satışı nəzərdə tutulur.

Kitab Cənubi Azərbaycan türkcəsinə naşir Ayhan Miyanalı tərəfindən uyğunlaşdırılıb və İran İslam Respublikasının rəsmi icazəsiylə çap edilərək kitab kataloquna daxil edilib.

“Qapı” həmçinin YeniQapı nəşriyyatının müasir Azərbaycan ədəbiyyatının Cənubi Azərbaycanda tanıdılmasıyla bağlı çap olunan ilk kitabdır. Kitabın festivallarda iştirakı və tanıdılması nəzərdə tutulub.

İşlərin gələcəkdə də bu istiqamətdə davam etdiriləcəyi, digər müasir Azərbaycan müəlliflərinin kitablarının ardıcıl çap edilməsi, ədəbi əlaqələrin daha da möhkəmlənməsi məqsədilə müəlliflərin imza günlərinin təşkil olunması və İran türk dilli oxucularıyla görüşlərin keçirilməsi planlaşdırılır və artıq  bu istiqamətdə işlərə başlanılıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!