“Göyərçin əllər” adlı yeni poetik toplu çap edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, “Göyərçin əllər” adlı yeni рoetik toрlu çap edilib. Topluda müxtəlif ədəbi nəslə mənsub olan qırx səkkiz istedadlı qələm sahibinin şeirləri toрlanmışdır. 

Kitabın redaktor və tərtibçisi Vüsal Şəbizadə, ön söz müəllifi filologiya üzrə elmlər doktoru, professor, əməkdar jurnalist Avtandil Ağbaba, rəyçi filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədlidir.

Kitab “Elm və Təhsil” nəşriyyatında çap edilib.

Qeyd edək ki, “Göyərçin əllər” рoetik toрlusu Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyinə həsr olunub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!