Milli Kitabxanada Aşıq Şəmşirə həsr edilmiş kitabların təqdimatı olacaq

 

Dekabrın 25-də Milli Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi”nə ölkəmizin Polşadakı səfiri Həsən Həsənov tərəfindən əldə edilmiş yeni kitabın təqdimatı keçiriləcək.

Kitabxanadan bildirilib ki, bundan başqa, kitabxanada həmin gün Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi ilə birgə “Aşıq Şəmşir. Biblioqrafiya”, “Dədə Şəmşir Ərməğanı”, “Dədə Şəmşirin sənət dünyası” və “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” kitablarının da təqdimatı olacaq. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!