Şair Qəşəm Nəcəfzadənin “O qara əyri bulud” hekayələr kitabı çap olunub

 

Şair Qəşəm Nəcəfzadənin “O qara əyri bulud” hekayələr kitabı çap olunub.

Edebiyyatqazeti.az xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında şair Qəşəm Nəcəfzadənin “O qara əyri bulud” hekayələr kitabı çap olunub.

Kitabın redaktoru və ön söz müəllifi yazıçı Kəramət Böyükçöldür. Kitaba  toplanmış hekayələrin əsas qismi tərəkəmə həyatından bəhs edir. Tərəkəmə camaatının xarekteri, düşüncə və təfəkkürü, yurd yerləri, comərdliyi, folkloru, adət-ənənəsi hekayələrin baş mövzusudur.

Hekayələrdə yaşadığımız həyatın ürək çırpıntıları, müharibənin insan təfəkküründə açdığı yaralar təsvir olunur. Əsərlərin əsas ideyası dinindən, dilindən, irqindən asılı olmayaraq əzab içində çırpınan insana yardım etmək, onun düşüncəsindəki insanlıq duyğularını ayağa qaldırmaq və hətta qəddar olanları da öz qəddarlığından xilas etməkdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!