Məmməd İsmayıl nüfuzlu mükafata layiq görüldü

 

Türkiyədə yaşayan həmyerlimiz şair Məmməd İsmayıl 2018 ili üçün Rusiyanın önəmli ədəbi mükafatlarından olan İ.F.Annenski adına mükafa layiq görmülmüşdür.

Şair İ.F.Annenski mükafatının təsisçiləri - “Sin apelsina” almanaxı və Rusiya Yazıçılar Birliyinin Peterburq şöbəsi tərəfindən son illərdə çap olunan kitablarına və tərcümə fəaliyyətinə görə mükafatlandırılmışdır.

Mükafatın təşkilat komitəsinin sədri Aleksey Flimonovun Məmməd İsmayıla göndərdiyi təbrik məktubunda deyilir: “Sizin  bu mükafata layiq görülməyiniz bizim mükafat tariximiz üçün çok böyük hadisədir”.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!