Sərdar Aminin "Su sərgisi" romanı nəşr olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Sərdar Aminin yeni - "Su sərgisi" romanı nəşr olunub.

Roman ömrünə bir ay qaldığını öyrənən gəncin son günlərindən bəhs edir. Ölüm qarşısında laqeydləşən gənc son ümid yeri olan qoca təbibdən xəstəliyini gizləyir. Bu yalandan xəbər tutan müdrik, gəncə sağaldığını söyləyərək yalana yalanla cavab verir.

İki müqəddəs yalan bir həyatı xilas edə biləcəkmi? Bəs təbiət - o, hər an insanla vəhdətdə deyilmi? Bütün bu suallara cavabı romanla tanış olduqdan sonra tapmaq mümkündür. 

"Qanun" nəşriyyatında çapdan çıxan romanın təqdimat mərasimi dekabrın 15-i, saat 15:00-da Azərbaycan Dillər Universitetinin akt zalında baş tutacaq.Təqdimat mərasiminə ədəbiyyatsevərlər dəvətlidir.

Qeyd edək ki, "Su sərgisi" Sərdar Aminin sayca ikinci romanıdır. 

"Su sərgisi" romanının satış ünvanları:

"Kitab Al"
(Hüseyn Cavid, 57V - E.Akademiyası metro st.)
(+994 55) 804-22-05

"Azərkitab"
(Məhəmməd Naxçıvani 1. (+994 12) 436-90-10

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!