Rüstəm Behrudi beynəlxalq mükafata layiq görülüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Rüstəm Behrudi “Beynəlxalq Mahmud Kaşqari” mükafatına layiq görülüb.

Mükafat şairə dekabrın 4-də təqdim olunub.

Qeyd edək ki, adıçəkilən mükafat şairə ümumtürk mədəniyyətinin və ədəbiyyatının inkişafındakı xidmətlərinə görə verilib.

Təqdimat mərasimi Nizami adına Ədəbiyyat İnstitutunda baş tutub.

Təqdimetmə mərasiminə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının görkəmli simaları da qatılıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!