Şair Ayaz Arabaçının yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək

 
Edebiyyatqazeti.az xəbər verir ki, şair Ayaz Arabaçının yeni - "Uzaqlar yaxın olsa..." adlı şeirlər kitabı işıq üzü görüb.
 
Kitabın təqdimat mərasimi 8 dekabr, saat 14:00-da, "Kitabevim.az" Mağazalar Şəbəkəsinin "28 May" filialında baş tutacaq. 
 
Qeyd edək ki, "Uzaqlar yaxın olsa..." müəllifin sayca beşinci kitabıdır.
 
Kitabda şairin müxtəlif vaxtlarda qələmə aldığı şeirlər toplanıb.
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!