Milli Kitabxanada “Mir Mehdi Seyidzadə biblioqrafiya” kitabının təqdimatı keçiriləcək

 

Dekabrın 4-də Milli Kitabxanada “Mir Mehdi Seyidzadə biblioqrafiya” kitabının və Mir Mehdi Seyidzadə elektron məlumat bazasının təqdimatı keçiriləcək.

Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə reallaşacaq tədbirdə yeni nəşrin özəlliyindən danışılacaq.

Tədbirdə uşaq yazıçıları, tədqiqatçı alimlər, media nümayəndələri, Mir Mehdi Seyidzadənin ailə üzvləri və.s qonaqların iştirakı nəzərdə tutulub.

/Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!