Yazıçı Əyyub Qiyasın "Havay tətilləri, yaxud Brejnev sağdır" romanı nəşr olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Əyyub Qiyasın "Havay tətilləri, yaxud Brejnev sağdır" romanı nəşr olunub.

Romandakı hadisələr Azərbaycanda, Moskvada və Havay adalarının Hilo şəhərində cərəyan edir.

Əsərdə keçmiş SSRİ lideri Leonid Brejnevin müəmmalı dəfninin sirləri və azərbaycanlı jurnalist Orxan Abbaszadə ilə amerikalı polis Nani Midlerin maraqlı sevgisı yer alıb. 

Qeyd edək ki, "Havay tətilləri, yaxud Brejnev sağdır" yazıçının sayca 7-ci romanıdır.

Redaktoru Ehtiram İlham olan kitab "Qələm" nəşriyyatında çap olunub.  

Roman detektiv-macəra janrındadır.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!