Faiq Balabəylinin yeni şeirlər kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, şair Faiq Balabəylinin yeni şeirlər kitabı işıq üzü görüb.

"Yağışdan sonra" adlı şeirlər kitabında şairin son dövrlərdə qələmə aldığı şeirlər toplanıb. Kitab Qanun Nəşriyyatında çap edilib. 

Kitabın redaktoru Afaq Şıxlı, önsöz müəllifi Sabir Rüstəmxanlıdır. 

Qeyd edək ki, "Yağışdan sonra" şeirlər kitabının təqdimat mərasimi və imza günü bu gün saat 16-00-da Park Bulvarda keçiriləcək.

Bütün ədəbiyyatsevərlər dəvətlidir. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!