Şair Xəyal Rza Türkiyənin Gaziantep şəhərində Sənətin və Mədəniyyətin Qardaşlığı, muzey- şeir-musiqi proqramında iştirak edib

Edebiyyatqazeti.az xəbər verir ki, Türkiyənin Gaziantep şəhərində Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Birliyinin (İLESAM) təşkilati dəstəyi ilə düzənlənmiş Sənətin və Mədəniyyətin Qardaşlığı adı altında keçirilən muzey-şeir-musiqi proqramında Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi, şair Xəyal Rza da iştirak edib.

Proqram çərçivəsində tədbirə dəvət almış şairlər öz şeirlərini səsləndirmiş, həmçinin Gaziantep şəhərində yerləşən tarixi yerlərlə, muzeylərlə tanış olaraq tədris ocaqlarında təşkil olunmuş görüşlərdə iştirak etmişdilər.

Qeyd edək ki, Mədəniyyət Mərkəzlərində gerçəkləşdirilən bu proqramın əsas məqsədi muzeylərdəki mədəni həyatı canlandırmaqdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!