“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək

Dekabrın 21-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiqli dünya” adlı ədəbi-bədii gecə keçiriləcək.

Saraydan  bildirilib ki, “Mədəniyyət” kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçiriləcək gecədə şairin sözlərinə yazılan nəğmələr sələnəcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, www.iticket.az  saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. /Azərtac/

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!