Moskvada Nəsimi Festivalı keçiriləcək

 

Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi Festivalı keçiriləcək.

Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, festival çərçivəsində “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq.

Konfransda tarixi şəxsiyyətin fəaliyyətini müxtəlif aspektlərdən təhlil etməyə imkan verən İslam mistisizminin şairin humanist dünyagörüşünün formalaşmasına təsiri, Nəsiminin ədəbi-fəlsəfi irsi və digər mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!