Jül Vernin poetik nümunələri çap ediləcək

 

Edebiyyatqazeti.az “Ex Libris”ə  istinadən xəbər verir ki, bu yaxınlarda “Prestij Book” Jül Vernin şeirlər kitabını çap edəcək. Mənbədən verilən məlumata görə  kitab “Bataqlıq alovu” adı altında çapa gedəcək.

Təəccüblü səslənsə də məşhur fransız yazıçısı Jül Vern ədəbiyyat tarixində macəra xarakterli əsərlərilə qalsa da yazıçının gənclik illərində qələmə alınmış  poetik nümunələri də mövcuddur. Sadəcə həmin poetik nümunələr oxunaqlı belletristikalarının, macəra əsərlərinin kölgəsi altında qalaraq araşdırılmamış, zamanla unudulmuşdur.

Şeirlərin toplanması ideyası şair, tərcüməçi Yevgeniy Vitkovskiy tərəfindən irəli sürülmüş, “Tərcüməçi əsri” seminarının azsaylı kollektivi tərəfindən dəstək alaraq çapa hazırlanmışdı.

Kitabda yazıçının 180-a qədər kiçik həcmli balladaları, həmçinin poemaları çap olunacaq. 

Qeyd edək ki, kitab ilin sonunda işıq üzü görəcək.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

Mətni tərcümə etdi: Günel Eyvazlı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!