Məhəmməd Füzuli yaradıcılığı Belarus ədəbi portalında

 

Belarusun məşhur “Sozvuçie” (http://sozvuchie.by/poeziya/item/4317-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-mukhammed-fizuli.html) ədəbi portalı Azərbaycan Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində klassik Azərbaycan ədəbiyyatı intibahının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin şeirlərinə, eləcə də həyat və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.

Tərcümə Mərkəzindən bildirilib ki, “Sozvuçie” ədəbi portalı daha əvvəl Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi kimi dahi Azərbaycan şairlərinin həyat və yaradıcılığı haqqında geniş materiallara yer ayırıb.

/Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!