Sabir Rüstəmxanlının yeni kitabı işıq üzü görüb

Edebiyyatqazeti.az xəbər verir ki, Xalq şairi Sabir Rüstəmxanlının "Astar” adlı kitabı işıq üzü görüb.

Kitabda müəllifin iki - "Uşaqlığa dəyən güllə”, "Astar” adlı kiçikhəcmli romanı və hekayələri toplanıb.  

"Astar” adı kitabın ümumi ruhunu dəqiq ifadə edir; həm romanda, həm də hekayələrdə müəllif öz ədəbi qəhrəmanlarının gizli yaşantılarını, həyatlarının görünməyən, astar tərəfini qələmə alıb.

Kitab "Qanun" nəşriyyatında çap olunub. 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!