Londonda Buker mükafatının laureatının adı məlum oldu

 

Edebiyyatqazeti.az rus mətbuatına istinadən xəbər verir ki, ingilisdilli ədəbiyyat üzrə ən prestijli mükafat sayılan Buker mükafatı (Man Booker Prize) öz laureatını elan edib. Qalibiyyət uğrunda ABŞ, Kanada, Böyük Britaniya müəllifləri mübarizə aparıb.

Qalib 50 min funt sterlinq (66 min dollar) məbləğində pul mükafatıyla təltif olunub.

Mükafatın qalibi “Milkman” romanına görə 56 yaşlı irland yazıçısı Anna Bernsdir. Bu, müəllifin sayca üçüncü və ilk ən böyük mükafat qazanmış romanıdır.

“Bizlərdən heç kim hələ bu vaxta qədər bu romana bənzər bir şey oxumayıb. Anna Bernsın özünəməxsusluğu, düşüncə və forması müasir prozada seçiləndir. Bu roman qəddarlığı, seksual  qəsdi, özünü müdafiəni əks etdirən, qeyri adi formanı özündə daşıyan, həm də müəllifin həssas yumoru ilə əhatələnmiş dəyərli sənət əsəridir”. – bunu mükafatlandırma zamanı münsiflər heyətinin sədri, ingilis yazıçısı, filosof  Kvame Entoni Appia dilə gətirib.

Qeyd edək ki, Bernsin romanında personajların adı yoxdur. Müəllif müsahibəsində adlardan imtinanın səbəbi kimi – onlarsız əsərin mahiyyəti, nəqli, atmosferi daha güclü olur, söyləyib.

Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!