Türkiyədə nəşr olunmuş "Azərbaycan Ədəbiyyat Antologiyası"nın təqdimat mərasimi olub - FOTOLAR

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan Ədəbiyyat Antologiyası"nın təqdimat mərasimi olub. Kitabda 100 azərbaycanlı gəncin şeir, esse və hekayələri toplanıb. 

Qeyd edək ki, Antologiya İLESAM tərəfindən  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik münasibətilə Türkiyədə nəşr edilib.

Nəşri düzənləyən Fərid Hüseyn, Günel Şamilqızı, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məciddir. Yazıları Türkiyə türkcəsinə Məhəmməd Rza uyğunlaşdırıb. 

Kitab ölkənin bütün kitabxanalarına paylanılacaq. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!