Bakı Kitab Mərkəzində Xalq yazıçısı Elçinlə görüş təşkil olunacaq

 

Oktyabrın 16-da Bakı Kitab Mərkəzində Xalq yazıçısı, ədəbiyyatşünas, dramaturq Elçin Əfəndiyevlə görüş təşkil olunacaq.

Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, tədbir mərkəzin “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində reallaşacaq.

Görüşdə yazıçı oxucuların suallarını cavablandıracaq, yeni planları barədə məlumat verəcək.

Tədbirdə hər kəs iştirak edə bilər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!