Vahid Əziz sumqayıtlılarla görüşüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Əli Kərim adına Poeziya evində şair Vahid Əzizlə görüş keçirilib. 

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayaraqVahid Əzizin yaradıcılığı haqqında geniş məlumat verib və ona bu təklifi qəbul etdiyi üçün öz təşəkkürünü bildirib.

Görüşdə qələm adamlarından Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, İbrahim İlyaslı, bədii-qiraətçi Məleykə Alıqızı, Aynur Qafarlı və başqaları  çıxış edərək şairin həyat və yaradıcılığı haqqında maraqlı faktlar söyləyiblər. 

Sonda Vahid Əziz tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib,  oxucuların ona ünvanladığı çoxsaylı sualları cavablandırıb.  Yeni şeirlərini səsləndirib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!