Rafiq Yusifoğlunun “Nağıl qapısı” adlı uşaq şeirlər kitabı işıq üzü görüb.

 

“Nağıl qapısı” adlı yeni uşaq şeirləri kitabının müəllifi professor, şair, yazıçı Rafiq Yusifoğludur.

Kitabdakı rəngarəng mövzulu şeirlər “Uşaq dünyası, işıq dünyası”, “Tariximizdən gələn səslər. Mənə dogma olan kəslər”, “Şuşa nəğmələri”, “Havam, suyum, torpağım. Otum, gülüm, yarpağım”, “Fəsillər və nəsillər”, “Sizdən hərəkət, bizdən bərəkət”, “Qazaxstan nəğmələri”, “Sehrli aləm” bölmələri adı altında toplanıb.

Poemalar - nağıllar bölməsində “Qırxıncı qapı”, “Ağıl döyüşü”, “Gül və bulbul əfsanəsi”və.s. əsərləri verilib. “Zaman qatarı” adlanan hissə isə əslində “kitab içində kitabdır”. Çünki onun ön və son sözü, son fəsli var. Zamanın sehrli qatarına qoşulan hər vaqon bir fəsli təmsil edir.  

Qeyd edək ki, adı çəkilən kitab Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəşriyyatında çap olunub. Kitabın redaktoru Zahid Xəlildir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!