Hüseyn Kürdoğlunun anım günü münasibəti ilə tədbir keçiriləcək

 

İyulun 12-si saat 11-də  şair Hüseyn Kürdoğlunun anım günü münasibəti ilə tədbir keçiriləcək.

 

Edebiyyatqazeti.az Kulis. az saytına istinadən xəbər verir ki, həmin gün "Söz qonağı" Ədəbi Məclisinin üzvləri Xırdalan qəbiristanlığında şairin məzarını ziyarət edəcək.

 

Sənət adamları və oxucuların da iştirakı nəzərdə tutulan tədbirdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraət ustası Zülfiyyə Eldarqızının ifasında şairin şeirləri səslənəcək. 

 

“Söz Qonağı” Ədəbi Məclisinin rəhbəri şair İlham Qəhrəman və “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli də anım tədbirində olacaqlar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!