Namiq Hacıheydərli vəfat etdi

Şair-publisist Namiq Hacıheydərli vəfat edib.

Bir neçə gün öncə komaya düşən Namiq Hacıheydərli bu gün xəstəxanada dünyasını dəyişib.

O, 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub.

AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri olub.

7 kitabın, yüzlərlə elmi-publisistik məqalənin müəllifidir.

Allah rəhmət eləsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!