Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023): biblioqrafiya - çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub. Nəşrdə müstəqillik illərində bu elm ocağında müdafiə olunmuş dissertasiya, çap olunmuş kitab və monoqrafiyaların biblioqrafiyası yer alıb.

Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 8 fevral 2023-cü il tarixli 1 saylı qərarı ilə nəşr edilib. Kitabın layihə rəhbəri və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, redaktoru Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. Tərtibçisi Elektron xidmətlər şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva, ixtisas redaktoru Sona İbrahimovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan toplu 578 səhifədir. Kitab “Ədəbiyyatşünaslıq elminin müasir inkişafının biblioqrafik icmalı” yazısı ilə (Azərbaycan dilindən başqa, türk, ingilis və rus dillərində).

 

literature.az

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!