Nizamidən Yəhya Kamala - Orxan ARAS

Orxan ARAS

 

Yəhya Kamal Bəyatlı (1884-1958) şeirlərilə türk ədəbiyyatında layiq olduğu yeri almış böyük şairimizdir. Əruz vəznində yazdığı şeirlərilə ədəbiyyatımıza yeni bir ifadə tərzi gətirmişdir. İstanbulda yaşadığı dönəmlərdə türk tarixi mövzusunda da özünəməxsus fikirlər irəli sürmüşdür. Parisdə tələbəykən Pol Verlenin "musiqi, hər şeydən əvvəl musiqi" sözünün təsiri altında şeirlərini, adətən musiqinin ritmilə yazmışdır. Yazdığı az sayda şeirlər bəstələnmiş və dildən-dilə ötürülmüşdür. Atatürk də tez-tez Yəhya Kamalı süfrəsinə dəvət edər, şeirlərindən oxudurmuş. Yəhya Kamal vəfat etdiyində (1958) Nazim Hikmət Moskvada idi. Xanımına yazdığı məktubda onu özünə ustad olaraq görür və böyük şair olduğunu təqdir edir:

"Dünən gecə radioda dinlədim. Yəhya Kamal ölmüş. Böyük şair... Müəllimlərimdən biri idi. Çox şey öyrəndim ondan. 73 yaşındaymış. Bir xeyli yuxuya gedəmmədim. Yəhya Kamal bir az da bizim gəncliyimiz idi. Ustad idi".

Yahya Kemal Avrupa edebiyatını bildiği gibi Doğu edebiyatını da iyi bilirdi. "Rindlerin Ölümü" şiirinde Hafız'ı anar:

 

"Hafız'ın kabri olan bahçede bir gül varmış;

Yeniden her gün açarmış kanayan rengiyle.

Gece; bülbül ağaran vakte kadar ağlarmış

Eski Şiraz'ı hayal ettiren ahengiyle".

 

O, Xəyyamdan da rübailər tərcümə etmişdi. Tərcümə edərkən Xəyyamın türkcə necə səsləndirilə biləcəyini belə yazmışdır:

 

"Hayyam'ı alıp tercüme et derlerse

Öğrenmek içün talib isen bir derse...

Derdim ki, rubaisini nazmetmelisin

Hayyam onu Türküde nasıl söylerse".

 

Yəhya Kamalın ən çox dillərdə gəzən və bəstələnən şeirlərindən biri də "Səssiz gəmi" şeiridir. Ölümdən danışan bu şeir hər oxuyan insanı bir an ölümlə bağlı düşüncələrə götürərək kədərləndirməkdədir:

 

"Artık demir almak günü gelmişse zamandan

Meçhule giden bir gemi kalkar bu limandan".

 

Şeir ölən bir insanı gəminin limanından ayrılışına bənzədir. Hər kəs səssizcə o limandan uğurlanır və bir daha onlardan xəbər alınmaz:

 

"Birçok gidenin her biri memnun ki yerinden

Birçok seneler geçti; dönen yok seferinden".

 

Böyük şairimiz Şeyx Nizaminin əsərlərini yenidən oxuyarkən onun "İskəndərnamə" əsərində Yəhya Kamalın "Səssiz gəmi" şeirinə bənzər bölümlər gördüm. Yazılan iki şeiri də yan-yana gətirərək təkrar oxudum. "İskəndərnamə" əsərinin "İqbalnamə" bölümünü Mikayıl Rzaquluzadə tərcümə etmişdir. Onun tərcüməsində İskəndərin ölümü belə təsvir edilir:

 

"Dolanıb görmüşdü o bir çox yeri

Başqa bir yerəydi indi səfəri

Hayana getsəydi böyük İskəndər

Orada verərdi hamıya xəbər.

Soraq gətirən yox bu son yolundan

Nə üçün bir xəbər gəlmədi ondan

Yoxsa elə yerdir o yer ki hər kəs

Getsə qayıtmağa yol tapa bilməz".

 

"İqbalnamə"nin bu bölümünü farsca bilən dostlarımdan da soruşdum. Almaniyada Həsən Şəkəri və Azərbaycandan dosent doktor Təhminə xanım Bədəlova da bu tərcüməyə yaxın bir şəkildə şeirin tərcüməsini verdilər. Xüsusilə Yəhya Kamalın ölünün bir başqa aləmə səfərə çıxması ilə İskəndərin ölümüylə "bilinməyən bir yerə səfərə çıxması", gedənlərin bir daha geri dönməməsi və onlardan xəbər gəlməməsi iki şeirdə də, demək olar ki, eyni sözlərlə ifadə edilmişdir:

 

"Birçok gidenin her biri memnun ki yerinden,

Birçok seneler geçti; dönen yok seferinden".

 

Xəyyamı, Hafizi, Füzulini çox yaxşı tanıyan Yəhya Kamal mütləq Nizamini də oxumuş, onun şeirlərinin təsiri altına düşmüşdür.

Hötenin dediyi kimi:

 

"Ah, Nizami! Sonunda biz,

Doğru yolu bulduk!

Çözülmezi kim çözebilir?

Ancak aşıklar! Onlar birbirlerine kavuşunca".

 

Nizamidən Yəhya Kamala uzanan eşqin yolu dünya durduqca eşqdən nəsibini almaq istəyənlərin könlündə yaşamağa davam edəcəkdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!